Məlumat Azərbaycan dilində 2016
Etnik azlıqlar üçün məlumat
MSk-də etnik azlıqların seçicilərinin bərabər seçki mühiti olması üçün işçi qrupu yaradılıb. Onlara daxildir: MSK-nın üzvləri, struktur bölmələrinin nümayəndələri, beynəlxalq və yerli qeyri-hökümət təşkilatları, həmçinin dövlət orqanlarının nümayəndələri. İşçi qrupunun koordinasiya fəaliyyətini MSK-nin koordinasiya, planlaşdırma departamenti həyata keçirir. İşçi qrupu öz fəaliyyətini MSK-nin sədri tərəfindən təsdiqlənmiş etnik azlıqların məsələləri üzrə fəaliyyət göstərən qrupun müddəaları ilə həyata keçirir.
MSK, Gürcüstan orqanik qanunu - ,,Gürcüstan Seçki Məcəlləsi”, 14-cü maddəsinin, birinci bəndinin “x” altbəndinə uyğun olaraq, illik fəaliyyət planını təsdiq edir. Fəaliyyət planında digər mühüm məsələlərlə birlikdə etnik azlıqların seçicilərinə qarşı həyata keçirilən fəaliyyətlər müəyyən edilib.
Məntəqə Seçki Komissiyaları 8 oktyabr tarixli Parlament seçkiləri üçün
Gürcüstan parlamentinin 2016-cı il 8 oktyabr tarixli seçkiləri üçün etnik azlıqların sıx məskunlaşmış bölgələrinə görə 344 seçki məntəqələri yaradılıb. Əsasən:
- Gürcü-Azərbaycan – 207 məntəqə;
- Gürcü-Erməni – 133 məntəqə;
- Gürcü-Erməni-Azərbaycan – 4 məntəqə.
Etniq azlıqların nümayəndəsi olan seçicilər üçün mövcud xidmətlər
Etnik azlıqların sıx məskunlaşdığı bölgələrdə yaşayan erməni və Azərbaycan seçiciləri üçün səsvermə günündə gürcü-erməni, gürcü-Azərbaycan və gürcü-erməni-Azərbaycan dillərində mövcuddur:
- Seçki bülleteni;
- səsvermə binasını və prosedurlarını açıqlayan poster;
- bülletenin doldurma qaydası;
- seçicilərin vahid siyahısının nümayiş etdirən və masa siyahısı;
Məntəqə Seçki Komissiyasının erməni və Azərbaycan dilli üzvləri üçün (gürcü-erməni və gürcü-Azərbaucan) mövcuddur:
- Məntəqə Seçki Komissiyası üzvlərinin dərslik təlimatı;
- Məntəqə Seçki Komissiyası sədrinin xatirə təlimatı;
- Seçicilər axınını tənzimləyən komissiya üzvünün funksiyaları;
- Səsvermə günü Məntəqə Seçki Komissiyası katibinin səlahiyyətləri;
- Seçicilərin Qeydiyyatçı Komissiya üzvünün funksiyaları;
- Seçki qutusunun və xüsusi zərflərə nəzarət edən komissiya üzvünün funksiyaları;
- Aparılası seçki qutusunun komissiya üzvünün funksiyaları;
- Səsvermə məntəqəsində MİM seçicilərə davranış haqqında təlimat;
- Təlim filmi “Səsvermə günün prosedurları” subtitrlər.
Məntəqə Seçki Komissiyasının Azərbaycan və erməni dilli üzvləri üçün treninq onlar üçün bəlli olan dildə keçirilir.
MSK Etnik azlıqların Azərbaycan və erməni dilli seçicilərin məlumatlandırılması üçün təmin edir:
- Bütün məlumatı/video materialları erməni və Azərbaycan dillərinə tərcümə etməsini; Qeyd olunan video materialları necə ictimai televiziyada, eləcə də Samcxe-Cavaxeti və Kvemo-Kartli bölgələrinin televiziya efrlərində yerləşdirməsini; Məlumatı Azərbaycan və erməni dilli mətbuatda dərc edilməsini;
- Sıx məskunlaşmış bölgələrdə yaşayan erməni və Azərbaycan seçiciləri üçün seçicilərin vahid siyahısında olan məlumatların mövcudluğunu;
- Seçki dövründə, MSK-nin telefon/məlumat mərkəzinin vasitəsilə, erməni və Azərbaycan dillərində Seçki məsələləri ilə bağlı məlumatları vermək;
- Seçki prosedurları haqqında etnik azlıqların sıx məskunlaşmış bölgələrdə seçicələrlə görüşləri keçirəcək (Samtsxe-Cavaxeti, Kaxeti və Kvemo-Kartli bölgəsində).
Özünüzü seçicilərin vahid siyahısında axtarın
Gürcüstan orqanik qanunu - ,,Gürcüstan Seçki Məcəlləsi”, 14-cü maddəsinin, birinci bəndinin “k” altbəndinə uyğun olaraq, etnik azlıqlara aid olan seçicilərin siyahısı seçki dövründə MSk-nin rəsmi vebsəhifəsində onlar üçün bəlli olan dilldə yerləşdirilir.