A
A A A
a A

Gürcüstan prezidentinin 2018-ci il 28 oktyabr tarixli seçkiləri

Qanunvericilik

Seçki məntəqəsində milli azlıqlara aid olan seçicilərin seçki siyahıları seçki dövründə MSk-nin rəsmi vebsəhifəsində onlar üçün bəlli olan dildə yerləşdirilməlidir. (Seçki Məcəlləsi maddə 14.1.k.)

Seçki bülleteni MSK-nin sərəncamı əsasında, onun tərəfindən müəyyən edilmiş nümunəyə görə gürcü dilində, Apxaziyada- həmçinin apxaz dilində, lakin lazım gəldikdə yerli əhali üçün aydın olan digər dildə  nəşr olunur. (Seçki Məcəlləsi maddə 63.1.)


MSK-d
ə yaradılmış milli azlıqların məsələləri üzrə işləyən qrup

MSk-də etnik azlıqların seçicilərinin bərabər seçki mühiti olması üçün işçi qrupu yaradılıb. İşçi qrupunun koordinasiya fəaliyyətini MSK-nin koordinasiya, planlaşdırma və hesabat departamenti həyata keçirir. İşçi qrupu öz fəaliyyətini MSK-nin sədri tərəfindən təsdiqlənmiş etnik azlıqların məsələləri üzrə fəaliyyət göstərən qrupun müddəaları ilə həyata keçirir. İşçi qrupun tərkibinə baxın.

Milli azlıqlara qarşı həyata keçiriləsi fəaliyyətlər MSK-nin illik fəaliyyət planında nəzərə alınıbdır. Fəaliyyət planına baxın.


Gürcüstan prezidentinin
 2018-ci il 28 oktyabr tarixli seçkiləri

Milli azlıqların sıx məskunlaşmış bölgələr

Gürcüstan prezidentinin 2018-cı il 28 oktyabr tarixli seçkiləri üçün milli azlıqların sıx məskunlaşmış 12 Dairə Seçki Komissiyasında 346 seçki məntəqələri yaradılıb, əsasən:

  • Gürcü-Azərbaycan – 209 məntəqə;
  • Gürcü-erməni – 133 məntəqə;
  • Gürcü-erməni-Azərbaycan – 4 məntəqə.

Milli azlıqların sıx məskunlaşmış seçki məntəqələrinə baxın


Milli azlıqların seçicil
ərini məlumatlandırmaq

  • MSK milli azlıqların seçiciləri üçün xidmətlər haqqında video çarxın hazırlanmasını təmin edir;
  • Bütün video çarx erməni və Azərbaycan dillərinə tərcümə edilib və milli azlıqların sız məskunlaşmış bölgələrdə yerli media vasitələrində yerləşdirilib;
  • Azərbaycan və erməni dillərində çap olunan mediada seçki prosedurları və mövcud xidmətlər barəsində məlumat dərc olunur;
  • Milli azlıqların sıx məskunlaşmış bölgələrdə yaşayan seçicilər MSK-nin vebsəhifəsində seçicilərin vahid siyahısında öz göstəricilərini gürcü-Azərbaycan və gürcü-erməni dillərində yoxlaya bilərlər;
  • MSK-nin telefon/məlumat mərkəzinin (2 51 00 51) operatorları erməni və Azərbaycan dillərində danışan şəxslərə seçki məsələləri haqqında məlumatı onlar üçün aydın dildə


Etnik azlıqların sıx m
əskunlaşdığı bölgələrdə yaşayan seçicilər üçün səsvermə günü mövcuddur:

  • Seçki bülleteni gürcü-erməni, gürcü-Azərbaycan, lakin qarışıq seçki məntəqələrində (4 seçki məntəqəsi) gürcü-erməni-Azərbaycan dillərində;
  • Seçicilərin vahid siyahısı gürcü-erməni və gürcü-Azərbaycan dillərində;
  • Bülletenin doldurma qaydası gürcü-erməni və gürcü-Azərbaycan dillərində;
  • Səsvermədə iştirak etməni nümayiş etdirən poster gürcü-erməni və gürcü-Azərbaycan dillərində;


Milli azlıqların nümay
əndəsi Məntəqə Seçki Komissiya üzvləri üçün seçki sənədləri mövcuddur

MSK-nin Tədris Mərkəzinin trenerləri erməni və Azərbaycan dilli Məntəqə Seçki Komissiya üzvlərinə intensiv treninqlər keçirirlər. Həmçinin, onlar üçün Azərbaycan və erməni dillərində aşağıdakı dərsliklər tərcümə olunubdur:

 

Marneulidə milli azlıqların nümayəndəsi olan qadınlar ilə görüş

Mərkəzi Seçki Komissiyasının nümayəndələri Kəpənəkçi kəndində (Marneuli) azərbaycanlı qadınlar ilə görüşdülər. MSK-də yaradılmış milli azlıqların məsələləri üzrə işçi qrupunun rəhbəri Sofio Sitşinava onlara oktyabrın 28-də keçiriləsi olan prezident seçkiləri barədə məlumat verdi və seçki administrasiyası milli azlıqlara təklif etdiyi bütün xidmət və yeniliklərdən ətraflı danışdı.  Görşdə MSK-nin telefon-məlumat mərkəzində tətbiq olunan xidmətləri barədə də danışdılar, burada milli azlıqların nümayəndələri, seçki məsələləri üzrə erməni və Azərbaycan dillərində məlumat ala bilərlər. Həmçinin seçki prosesində qadınların iştirakına diqqət yetirildi.

Kəpənəkçidə görüş MSK-nin təşəbbüsü və qeyri hökümət təşkilatı – “Azərbaycanlı Qadınlar Birliyi”-nin təşkili ilə keçirildi.

სულ: 5 ფოტო