A
A A A
a A

ინფორმაცია აზერბაიჯანულ ენაზე 2020 / Məlumat Azərbaycan dilində 2020

MSK-də yaradılmış milli azlıqların məsələləri üzrə işləyən qrup   

MSk-də etnik azlıqların seçicilərinin bərabər seçki mühiti olması üçün, MSK-nın sədrinin əmri ilə, işçi qrupu yaradılıb, onun tərkibinə seçki administrasiyasının, beynəlxalq və yerli qeyri-hökumət təşkilatlarının, dövlət qurumlarının və Xalq Müdafiəçisi Ofisinin nümayəndələri daxildir (milli azlıq məsələləri ilə məşğul olan müvafiq qurumlarının dəvət olunmuş nümayəndələri).

İşçi qrupunun koordinasiya fəaliyyətini MSK-nin Koordinasiya, Planlaşdırma və Hesabat Departamenti həyata keçirir.

İşçi qrupu öz fəaliyyətini MSK-nin sədri tərəfindən təsdiqlənmiş milli azlıqların məsələləri üzrə fəaliyyət göstərən qrupun müddəaları ilə həyata keçirir.

Milli azlıqlara qarşı həyata keçiriləsi fəaliyyətlər MSK-nin illik fəaliyyət planında nəzərə alınıbdır.

MSK-da yaradılan milli azlıqlar məsələləri üzrə fəaliyyət göstərən qrupunda kimlər iştirak edə bilər?

İşçi qrupun fəaliyyətində milli azlıqların nümayəndə seçiciləri ilə seçki məsələləri barəsində iş təcrübəsi olan qeyri-sahibkarlıq (qeyri-kommersiya) hüquqi şəxslərin nümayəndələri iştirak edə bilərlər.

İşçi qrupuna necə qəbul olunur?

Qeyri-sahibkarlıq (qeyri-kommersiya) hüquqi şəxslərin nümayəndələri, rəsmi olaraq, yazılı şəkildə MSK-nın sədrinə müraciət edir ki, təşkilat MSK-da yaradılan milli azlıqlar məsələləri üzrə fəaliyyət göstərən qrupda iştirak etmək istəyir. Məktubla birlikdə, təşkilat təqdim etməlidir:

  • milli azlıqların məsələləri üzrə iş təcrübəsi haqqında məlumat və müvafiq materiallar/sənədlər;
  • qrupda iştirak etmək üçün təqdim olunan şəxsin: adı, soyadı, vəzifəsi, əlaqə məlumatı (elektron poçt; mobil telefon nömrəsi).


Yenilik

Gürcüstan parlamentinin 2020-ci il 31 oktyabr tarixli seçkilərində təkərli kürsdən istifadə edən seçicinin iştirak etməsinin müvəqqədi qaydası (Seçki Məcəlləsi – maddə 200)

Uyğunlaşdırılmış/əlçatan seçki məntəqəsinin tələb olunma proseduru  

Kimin uyğunlaşdırılmış seçki məntəqəsini tələb etmək hüququ var?

Təkərli kürsdən istifadə edən seçici, Gürcüstan parlamentinin 2020-ci il 31 oktyabr tarixli seçkilərində müvafiq majoritar seçki dairəsinin ərazisindəki hər hansı uyğunlaşdırılmış/əlçatan seçki məntəqəsində iştirak etmək hüququ var.

Təkərli kürsdən istifadə edən seçici seçki  məntəqəsini dəyişdirmək üçün neçə gün əvvəl müvafiq Dairə və ya Məntəqə Seçki Komissiyasına müraciət etməlidir?

Təkərli kürsdən istifadə edən seçici səsvermə günündən ən azı 6 gün əvvəl  Dairə və ya Məntəqə Seçki Komissiyasına müraciət etməlidir.

Seçki məntəqəsini dəyişdirmək üçün təkərli kürsdən istifadə edən seçici hansı formada müraciət edə bilər?

Təkərli kürsdən istifadə edən seçici, uyğunlaşdırılmış seçki məntəqəsini tələb etmək səbəbi ilə, yazılı yaxud şifahi ərizə ilə müvafiq Dairə və ya Məntəqə seçki Komissiyasına müraciət etməlidir.  

Milli azlıqların sıx məskunlaşmış bölgələr

Gürcüstan parlamentinin 2020-ci il 31 oktyabr tarixli seçkiləri üçün milli azlıqların sıx məskunlaşmış bölgələrinə əsasən, 348 seçki məntəqələri yaradılıb, əsasən:

  • gürcü-Azərbaycan – 211 məntəqə;
  • gürcü-erməni – 133 məntəqə;
  • gürcü-erməni-Azərbaycan – 4 məntəqə.

Milli azlıqların sıx məskunlaşmış seçki məntəqələrinə baxın.

Milli azlıqların sıx məskunlaşdığı bölgələrdə yaşayan seçicilər üçün səsvermə günü mövcuddur:  

  • Seçki bülleteni gürcü-erməni, gürcü-Azərbaycan, lakin qarışıq seçki məntəqələrində (4 seçki məntəqəsi) gürcü-erməni-Azərbaycan dillərində;
  • Seçicilərin vahid siyahısı gürcü-erməni və gürcü-Azərbaycan dillərində;
  • Bülletenin doldurma qaydası gürcü-erməni və gürcü-Azərbaycan dillərində;
  • Səsvermədə iştirak etməni nümayiş etdirən poster gürcü-erməni və gürcü-Azərbaycan dillərində;

Milli azlıqların seçicilərini məlumatlandırmaq

  • MSK milli azlıqların seçiciləri üçün xidmətlər haqqında video çarxın hazırlanmasını təmin edir;
  • bütün video çarx Azərbaycan və erməni dillərinə tərcümə edilib və milli azlıqların sıx məskunlaşmış bölgələrdə yerli media vasitələrində yerləşdirilib;
  • Azərbaycan və erməni dillərində çap olunan mediada seçki prosedurları və mövcud xidmətlər barəsində məlumat dərc olunur;
  • Milli azlıqların sıx məskunlaşmış bölgələrdə yaşayan seçicilər MSK-nin vebsəhifəsində seçicilərin vahid siyahısında öz göstəricilərini gürcü-Azərbaycan və gürcü-erməni dillərində yoxlaya bilərlər. Bağlantıya bax
  • MSK-nin telefon/məlumat mərkəzinin (2 51 00 51) vasitəsi ilə, milli azlıqların nümayəndə seçiciləri seçki məsələləri haqqında məlumatı erməni və Azərbaycan dillərində ala bilərlər.

Milli azlıqların nümayəndəsi Məntəqə Seçki Komissiya üzvləri üçün tərcümə olunan seçki sənədləri

MSK-nin Tədris Mərkəzinin trenerləri erməni və Azərbaycan dilli Məntəqə Seçki Komissiya üzvlərinə intensiv treninqlər keçirirlər. Həmçinin, onlar üçün Azərbaycan və erməni dillərində aşağıdakı dərsliklər tərcümə olunubdur:

Yeni koronavirus (SARS-CoV-2) infeksiyasının (COVID-19) yayılması prevensiyası məqsədi ilə Gürcüstan Parlamentinin 2020-ci il 31 oktyabr tarixli növbəti / sakrebulonun aralıq / merin növbədənkənar seçkilərin səsvermə günü üçün bir sıra seçki tədbirləri və sanitar-gigiyenik tələblərin müəyyən edilməsi haqqında